Dünya çempionatı: Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirdi

Minifutbol 2025

25 May 2025 15:54 400


Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunda Çadı məğlub edən Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov qələbəni dəyərləndirib.

Yenisabah.az xəbər verir ki, o, "Report"a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq görüşü çox çətin keçirdiklərini bildirib.

Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbəni qazandıqları üçün şad olduğunu söyləyib: pizza

"Üçüncü oyun bizim üçün mühüm idi. Görüşü çox çətin keçirdik. Buna baxmayaraq qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır. Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram".

"Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox gözəldir", - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!