Dünya çempionu sərxoş vəziyyətdə qalmaqal yaratdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionu sərxoş vəziyyətdə qalmaqal yaratdı - Video

Dünya

19 May 2022 23:55 1141


Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri Fransanın Kann şəhərində qalmaqallı hadisə ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə 34 yaşlı idmançının sərxoş vəziyyətdə videosu yayılıb. Görüntülərdən də aydın olduğu kimi, boksçunun atası onu maşına oturtmağa çalışsa da, sürücü içkili sərnişini daşımaqdan imtina edib.

Məşhur idmançı isə buna cavab olaraq, maşını təpikləyib. pizza mizza

Qeyd edək ki, Tayson Fyuri karyerası ərzində keçirdiyi 33 döyüşün 32 qələbə qazanıb, 1-də isə heç-heçə əldə edib.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!