Dünya Kubokunda ikinci yarış günü başladı

saytların hazırlanması

Evə çatdırılma

Dünya Kubokunda ikinci yarış günü başladı

İdman

15 Mart 2019 16:23 1057


Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci gününə start verilib.

“Yeni Sabah” xəbər verir ki, bu gün kişilər təsnifat mərhləsində dayaqlı tullanma, dəstəli at, turnik, qadın idmançılar isə gimnastika tiri, sərbəst hərəkətlər üzrə tapşırıqları yerinə yetirirlər.

Günün sonunda mükafatlandırma mərasimi olacaq, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim ediləcək. Dominos pizza

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!