İngilis mətbuatı bu günə qədər 90 ölkəyə yayılan COVID-19-un “Delta” ştammına qarşı heç bir peyvəndin bir xilaskar olmadığını yazdığı halda, elm adamları son açıqlamaları ilə bunu yalanlayıb.
Yenisabah.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Çin rəsmiləri ölkənin hazırladığı peyvəndlərin “Delta” ştammına təsirləri barədə ətraflı məlumat verməsələr də, Çinin koronavirusla mübarizəsində əhəmiyyətli rol oynayan epidemioloq Zonq Nanşan Çin peyvəndlərinin “Delta”ya da təsir göstərdiyini vurğulayıb.
“Tədqiqatçılar Çin peyvəndlərinin “Delta” ştammının səbəb olduğu simptomatik və ağır halları azaltmaqda təsirli olduğunu müəyyənləşdirib”,-deyə epidemioloq qeyd edib. Pepperoni pizza
Çin peyvəndi olan “Sinovac”ın sözçüsü Liyu Peyçenq isə bu vaksinin “Delta”nın ölümcül təsirini üç dəfə azaltdığı diqqətə çatdırıb. Hətta onun sözlərinə görə, iki doza peyvəndin ardından bir gücləndirici dozanın vurulması “Delta”nı daha da zərərsizləşdirər.
Dünyanın aparıcı rəqəmsal media platformalarından biri olan “Business Insider” isə İngiltərədə əvvəllər aparılmış bir araşdırmanın təfərrüatlarını yazaraq bildirib ki, “Pfizer / BioNTech” vaksininin iki dozası “Delta” simptomlarına qarşı 88 faiz qorumaya malikdir, “AstraZeneca” peyvəndində isə bu göstərici 60 faizdir.
Telegram kanalımız