Dünyaca məşhur nəșr Əzizə xala ilə bağlı məqalə hazırladı — VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Dünyaca məşhur nəșr Əzizə xala ilə bağlı məqalə hazırladı — VİDEO

Maraqlı

28 Oktyabr 2024 15:48 2814


Dünyaca məşhur "Economist' nəșri Qusarın Hil kəndində yașayan, "Youtube"da məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı material hazırlayıb.

Yenisabah.az  xəbər verir ki, yazıda 7 milyona yaxın izləyicisi olan "Kənd həyat" yutub kanalının iki milyard baxışa sahib olduğu qeyd olunub.

Bildirilib ki, hər buraxılışın müddəti 25 dəqiqədən artıq çəksə də, bu, izləyiciləri heç yormur. Nəşr Əzizə xalaya yazılan müsbət rəylərdən bir neçəsini də yazıda qeyd edib. Dördpendirli pizza

"Əzizə xanımın təkcə Azərbaycandan deyil, dünyanın bir çox șəhərindən, o cümlədən Londondan, Sidneydən, Yekaterinburqdan, Kiyevdən də izlənildiyi oxucuların diqqətinə çatdırılıb”.

Qeyd edək ki, videoların qəhrəmanı Əzizə xanım və oğlu Əmiraslan peşəkar aşpazdırlar.COVID-19 pandemiyası zamanı ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni orada nümayiş etdirməyə başlayıblar.Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir. (Sfera.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!