Dünyada belə demokratik seçki olmayıb - Məzahir Pənahov

saytların hazırlanması

Evə çatdırılma

Dünyada belə demokratik seçki olmayıb - Məzahir Pənahov

Siyasət

26 May 2023 17:35 1091


Türkiyə bütün dünyaya seçki nümunəsi göstərib. 

Yenisabah.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyədə mayın 14-də keçirilən parlament və prezident seçkilərindən danışarkən deyib. 

Onun sözlərinə görə, Türkiyədə keçirilən seçkilər dünyaya demokratik seçkilərin necə keçirilməli olduğunu sübut edib: “Hətta deyərdim ki, heç vaxt Türkiyədə keçirilən seçki qədər dünyada demokratik seçki olmayıb”.  Sezar pizza

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!