Dünyada ilk dəfə: Süni “insan” yaradıldı - Foto+Video

saytların hazırlanması

Evə çatdırılma

Dünyada ilk dəfə: Süni “insan” yaradıldı - Foto+Video

Rəqəmsal

08 Yanvar 2020 09:31 1657


“Samsung” şirkətinin tərkibindəki "STAR Labs" bir müddətdir üzərində çalışdığı yeni layihəsini - “NEON"u təqdim edib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkət dünyada ilk dəfə süni "insan” yaratdığını iddia edir. 

Belə ki, realist avatar olan NEON-lar adamlarla qarşılıqlı söhbət edə və millisaniyə ərzində reaksiya verə biləcək. Süni zəkalı "insan”ın gələcəkdə müəllim, maliyyə məsləhətçisi və səhiyyə işçisi kimi fəaliyyət göstərə biləcəyi bildirilib. Hətta bu yeni varlıqlar öz emosialarını da ifadə edə biləcəklər. Yəni, onlar eyni insanlar kimi ağlayacaq, güləcək, əsəbləşəcəklər. pizza sifarişi

"STAR Labs"ın CEO-su Pranav Mistri isə bu texnologiya məhsulunu yeni bir canlı növü kimi qiymətləndirib.

 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!