Dünyada ölüm cəzası və edamlar: Say artıb

saytların hazırlanması

Evə çatdırılma

Dünyada ölüm cəzası və edamlar: Say artıb

Dünya

26 Yanvar 2024 15:49 490


ABŞ-da edamın azot qazı ilə həyata keşirilməsi, Yaponiyada Şinji Aoba adlı şəxsin asılması və s. ölüm cəzası və edamlar mövzusunu gündəmə gətirib.

Yenisabah.az xəbər verir ki, 2022-ci ildə Çin istisna olmaqla, bütün dünyada 883 nəfər edam olunub və 52 ölkədə ən azı 2016 nəfər edam cəzasına məhkum edilib.

Ən çox ölüm hökmü çıxaran ölkələr arasında İran, Səudiyyə Ərəbistanı, Misir və ABŞ var. pizza sifarişi

Dünyada bir çox insan narkotik cinayətlərinə görə edam edilir. Ölüm hökmünün ləğv edildiyi ölkələrin sayı isə ildən-ilə artır.

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, 11 ölkədə ölüm hökmü davamlı olaraq həyata keçirilir. Bu ölkələr: ABŞ, Çin, Cənubi Sudan, İraq, İran, Misir, Somali, Səudiyyə Ərəbistanı, Vyetnam və Yəməndir.

Səudiyyə Ərəbistanının məlumatları göstərir ki, 2022-ci il ölkədə son 30 ildə ən çox ölüm hökmü icra olunub.

2023-cü ildə Sinqapurda 20 ildən sonra ilk dəfə bir qadın edam edilib. Saridevi Caman adlı qadın 2018-ci ildə heroin qaçaqmalçılığında ittihamlanıb.

Ölüm hökmü 112 ölkədə tətbiq edilmir. 2022-ci ildə 6 ölkə ölüm hökmünü tamamilə və ya qismən ləğv edib. Qazaxıstan, Papua Yeni Qvineya, Sierra Leone və Mərkəzi Afrika Respublikası son illərdə ölüm hökmünü tamamilə ləğv edib.

Ekvatorial Qvineya və Zambiya ölüm cəzasını yalnız ən ağır cinayətlərə görə tətbiq edir.

Səudiyyə Ərəbistanı edamın başın kəsilməsi ilə icra edildiyi yeganə ölkədir. Digər ölkələrdə asmaq, bədənə zəhər yeritmək və güllələmək üsullarından istifadə edilir.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!