Dünyanın 70 ölkəsini maliyyə iflası gözləyir - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın 70 ölkəsini maliyyə iflası gözləyir - Proqnoz

Dünya

25 May 2022 13:21 837


"Rusiyanın Ukraynaya qarşı müharibəsi ərzaq, yanacaq və maliyyə böhranlarına səbəb olub və ya onları kəskinləşdirib. Bu, yoxsul ölkələrdə iğtişaşlara səbəb ola və onların 70-dən çoxunu defolta sürükləyə bilər".

Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda BMT-nin inkişaf proqramının rəhbəri Ahim Ştayner deyib.

Onun sözlərinə görə, bir çox inkişaf etməkdə olan iqtisadiyyatlarda sadəcə olaraq pul qalmayıb. Yüksək inflyasiya və faiz dərəcələri onlarla ölkəni Şri-Lanka ssenarisinə apara bilər. Bu yaxınlarda hökumətin dağılmasına səbəb olan şiddətli etirazlar fonunda borcunu ödəməyə başlayan ilk Asiya ölkəsi olub. Sezar pizza

Rusiya Ukraynanın Qara dəniz limanlarında Ukrayna taxılının və digər ərzaq məhsullarının tədarükünü əngəlləyir və bununla da bazarda qıtlıq yaradır. Bu da taxılın qiymətinin 50 faiz bahalaşmasına səbəb olub. Bu, müharibədən əvvəl taxılının 80%-dən çoxunu Ukrayna və Rusiyadan alan Misir kimi bir çox ölkələrə ağır zərbə vurub.

Həmçinin, müharibə fonunda enerji daşıyıcıları da bahalaşır. Beynəlxalq şirkətlərin Rusiya neftini almaqdan imtina etməsi və ABŞ-ın neft embarqosu Brent qiymətlərini 46% bahalaşdırıb. Eyni şey dizel qiymətlərinə də aiddir. ABŞ-da təbii qazın qiyməti iki dəfədən çox artıb.

Yüksək enerji qiymətləri, öz növbəsində, təbii qazdan istifadə etməklə istehsal olunan nəqliyyat və gübrələrin qiymətini qaldıraraq ərzaq inflyasiyasını artırır.

"S&P Global"ın sədr müavini Daniel Yerginin sözlərinə görə, ərzaq xərclərinin təxminən 70%-i enerji qiymətlərindən gəlir.

Bütün bunlar ABŞ və Avropada inflyasiyanı artırıb, mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur edib və aşağı gəlirli istehlakçılara ziyan vurub. Bir çox yoxsul ölkələr üçün bu, idxal qiymətlərinin artması, valyuta ehtiyatlarının tükənməsi səbəbindən maliyyə gərginliyi və xarici maliyyələşdirmə ehtiyacının artması ilə nəticələnə bilər. Borc alınan vəsaitlər artan faiz dərəcələri və covid borcu səbəbindən onlara daha baha başa gələcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!