Dünyanın bir sıra şəhərləri öz memarlıq üslubu, tarixi binaları və gözoxşayan parkları ilə bütün turistlərin marağını cəlb edir. Belə şəhərlər illər keçsə belə, öz əzəmətini və gözəlliyini hər zaman saxlamaqdadır.
Yenisabah.az dünyanın ən gözəl şəhərlərinin bir neçəsini təqdim edir:
Paris (Fransa) - Eyfel qülləsi, Luvr, Sen çayı və tarixi binaları ilə məşhurdur. Paris dünyanın “sevgi paytaxtı” hesab edilir. pizza sifarişi

Venesiya (İtaliya) - Venesiya kanalları, qədim körpüləri və unikal atmosferi ilə unudulmazdır. Bu şəhər bir vaxtlar dünyanın ən önəmli limanlarından biri idi.

Praqa (Çexiya) - Orta əsr arxitekturası, Karl körpüsü və Qotik üslublu binaları ilə heyranedicidir. Praqa həmçinin şərqi Avropanın mədəniyyət və incəsənət paytaxtıdır.

Santorini (Yunanıstan) - Mavi günbəzli ağ evləri, gün batımı və Egey dənizi mənzərəsi ilə tanınır. Santorini eyni zamanda qədim Yunanıstanın tarixini özündə ehtiva edir.

Barselona (İspaniya) - Qaudinin qeyri-adi memarlıq nümunələri və Aralıq dənizi sahilləri ilə məşhurdur. Bu şəhər eyni zamanda dünyada ən düzgün arkitektura və tikinti ənənələri ilə seçilir.

Nazim Hacıyev
Telegram kanalımız