Dünyanın ən varlı adamı kimdir? - “Forbes“ yeni siyahı   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən varlı adamı kimdir? - “Forbes“ yeni siyahı AÇIQLADI

Maraqlı

31 İyul 2021 09:16 1378


“Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Forbes” məlumat yayıb.

Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb. Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır. pizza

Siyahıda üçüncü yeri “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub.

Bezosun sərvəti “Amazon”un səhmlərinin ucuzlaşmasına görə azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!