Ötən il Ginnesin Rekordlar Kitabına dünyada yaşayan ən yaşlı qadın olaraq düşən yaponiyalı Kane Tanaka daha bir rekord qırıb.
Yenisabah.az xəbər verir ki, Kane Tanakanın Yaponiyanın gəlmiş-keçmiş ən yaşlı insanı olduğu müəyyənləşib.
Bildirək ki, Kane Tanakanın olduğu yaş 117 yaş və 261 gün olaraq qeydiyyata alınıb. Ondan əvvəl Yaponiyada ən uzunömürlü insan rekordunu 2018-ci ildə 117 il və 260 günlə Nabi Tajima qırıb. pizza sifarişi
Qeyd edək ki, yaşlı qadın qırdığı rekordu ən sevdiyi içki olan kola ilə qeyd edib.
Telegram kanalımız