Dünyada neft və neft məhsullarının kommersiya ehtiyatları martda fevral ayı ilə müqayisədə 45 milyon barel azalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
“Mart ayında qlobal neft ehtiyatları daha 45 milyon barel azalıb və hazırda 2020-ci ilin iyun ayı ilə müqayisədə ümumilikdə 1,2 milyard barel azdır”, - agentlik qeyd edib. Pepperoni pizza
Hesabatda əlavə edilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində ehtiyatlar 3 milyon barel artıb. Bu, 2022-ci ilin martında İƏİT üzvlərinin ehtiyatlardan 24,7 milyon barel neft buraxması ilə bağlı olub. Bununla belə, ehtiyatlar hələ də orta beşillik göstəricilərdən aşağıdır və 2,626 milyard barel səviyyəsindədir.
IEA-nın ilkin hesablamalarına görə, İƏİT ehtiyatları aprel ayında daha 5,3 milyon barel artıb.
Telegram kanalımız