Ermənistanın növbəti təxribatını dəf edən Azərbaycan ordusunun əks hücuma keçməsi ölkənin həyatında ciddi dəyişikliklərə səbəb oldu. Qismən səfərbərliyin elan olunması, zərurətdən doğan bəzi məhdudiyyətlərin tətbiqi vətəndaş məsuliyyətini daha da artırır.
Maraqlıdır, müharibə şəraitində media necə işləməlidir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, hərbi əməliyyatla bağlı əsassız hər hansı məlumat verilməməlidir: Dominos pizza
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet provayderi ilə işləyən adamlar internetsizdir. Amma yerdə qalan provayderlərin çoxu işləyir. Yəni bilirsiz, bunu da axıradək edə bilmirik. Ya hamısını kəssinlər, ya da digərləri işləyirsə, rəsmi struktur da işləsin. İnternetin olmamağı ciddi problem törədir. Məsələn, digər ölkələrdən bizə yazan müxbirlərimiz var, biz onlardan heç nə ala bilmirik. Onlar məlumat göndərir, amma biz onu əldə edə bilmirik. Onlayn media üçün şərait yaradılmalıdır. Çap mediası olsa da, kənarda onu oxuya bilmirlər, bu dəqiqə bütün dünya internet üzərindən işləyir. Bu baxımdan gərək, ciddi-peşəkar onlayn media üçün şərait yaradılsın. Hərbi əməliyyatla bağlı əsassız hər hansı məlumat verməməliyik. Bu haqda olan məlumatları ancaq rəsmi mənbələrə istinad etməliyik”.
Elçin Şıxlı sosial şəbəkələrə girişin bağlanmasının doğru addım olduğunu vurğulayıb:
“Çünki hətta bəzi tanıdığım adamlar da var ki, yalan, əsassız fikirlər paylaşırlar. “İtkilərimiz çoxdur” kimi ifadələrə yer verirlər. Heç özlərinin vəziyyətdən xəbərləri yoxdur, amma bunu edirlər. Oturublar dünyanın o biri başında, ölkədə deyillər, amma yalan informasiyanı yaymaqdan çəkinmirlər. Mənim əzizilərim, torpaq uğrunda mübarizə aparırıqsa, itkilərimizin olması təbiidir. Bəli, bizim canımız yanır, şəhidimiz olanda bizə pis təsir edir, amma bu, o demək deyil ki, torpaq uğrunda vuruşanda itkimiz olmayacaq. Bu, axmaq bir fikirdir. Guya pasifist olub göz yaşı tökürlər. Bu nöqteyi-nəzərdən işimiz bir qədər məhdudlaşıb, amma yenə də daha diqqətli və məsuliyyətli olmalıyıq. Xəbərlərin başlıqları ruhlandırıcı olmalıdır. Biz əks hücumdayıq, irəliləməliyik. Mülki əhalinin yaşadığı məntəqələri düşmən atəşə tutur, ölən və yaralananlar var. Amma biz ancaq oturub dizimizə döyməli deyilik. 30 ildir bu və ya digər şəkildə atışmalar olur. Düşmən cəbhəyanı ərazilərimizi, dinc əhalini atəşə tutur. Buna biryolluq son qoymaq lazımdır. Onsuz da həmişə şəhidlərimiz olub. Həftədə ən az bir şəhidimiz var. Hamısı da cavan uşaqlardır. Biri var, döyüşə gedib şəhid olursan, biri də var ki, durduğun yerdə hansısa snayper gülləsinə qurban gedirsən. Burada əjdaha-pələng kimi oğlan da heç nə edə bilməz”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız