“Düşmən bu təxtibatın cavabını verəcək...” -   Polkovnik 

saytların hazırlanması

Evə çatdırılma

“Düşmən bu təxtibatın cavabını verəcək...” - Polkovnik 

Rəsmi

31 May 2019 19:32 1441


Xəbər verdiyimiz ki, təmas xəttinin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu, tabor komandiri mayor Aqil Ömərov şəhid olub.

Azərbaycan şəhid edilən hərbi qulluqçusunun intiqamının alınması üçün hərbi müstəvidə hansısa addımlar atmalıdırmı? Düşmən təxribatının ən azı eyni sərtliklə cavablandırılması şəhid hərbi qulluqçumuzun ruhuna ən böyük ehtiram hesab edilə bilərmi?

“Yeni Sabah” xəbər verir ki, Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov düşmənin hər bir təxribatına qətiyyətlə cavab verildiyini və bu təxribatın da eyni qətiyyətlə cavablandırılacağına əmin olduğunu qeyd edib: Pepperoni pizza

“Heç bir cinayət cavabsız qalmalı deyil. Bilirsiniz ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik cənab Zakir Həsənov da buna öz münasibətini birmənalı olaraq bildirib. Deyib ki, düşmənin hər bir təxribatına Azərbaycan ordusu adekvat cavab verəcək və bu cavab o təxribatın nəticəsindən bir neçə dəfə artıq olacaq. Müdafiə nazirinin bu münasibəti prinsipcə bizim təmas xəttindəki bölmələrə bir tapşırıq kimi də qəbul etmək olar.

Atəşkəs pozulanda düşmənin cavab atəşi ilə susdurulması ilə bağlı informasiya mətbuatda da öz əksini tapır. Düşünürəm ki, bizim şəhid olan hərbi qulluqçumuzun da qanı yerdə qalmayacaq, düşmən öz layiqli cavabını alacaq. Buna kimsənin şübhəsi olmasın.

Bir şeyi də unutmaq olmaz ki, cəbhə bölgəsində döyüş tapşırığı yerinə yetirilir və odur ki, bu kimi halların baş verməsi ehtimalı var. Biz bu itkidən kədərlənir və təəssüf duyuruq. Lakin bunu da bilməliyik ki, bu həyatdır və burada heç nə istisna deyil. Nə qədər ki, Qarabağ azad edilməyib, nə qədər ki, tənas xəttindəki bölmələrimiz döyüş tapşırıqlarını yerinə yetirirlər, belə halların baş verməsi istisna deyil. Lakin bir daha qeyd edirəm ki, düşmənin hər bir təxribat və cinayətinin cavabı veriləcək və biz şəhid olan hərbi qulluqçumuzla bağlı atılacaq addımlara şahid olacayıq. Düşmən bu təxtibatın cavabını verəcək və yəqin ki, biz yaxın günlərdə həm öz, həm də düşmən mətbuatında bu barədə oxuyacayıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!