Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atdı

saytların hazırlanması

Evə çatdırılma

Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atdı

Rəsmi

13 Oktyabr 2020 18:47 1585


Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə atəş açıb. Toyuqlu pizza

Bu gün ərzində ermənilər Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 455 top mərmisi atıb. Nəticədə 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, ermənilər tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!