Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır.
Yerli telekanallarında yayımlanan ailə-məişət mövzulu verilişlərdə qeyri-etik çıxışlar, şəxsi həyata müdaxilə "en" qədərdir.
Telekanallar isə bu verilişlərin sayının durmadan artmasına səbəb kimi reytinqin yüksək olmasını göstərirlər. Pepperoni pizza
Bəs görəsən, sözügedən verilişlərin sayının artmasına səbəb xalqın mədəni səviyyəsinin aşağı olmasıdır, yoxsa telekanallar səviyyəli proqram təqdim edə bilmirlər?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış telejurnalist İlhamiyyə Rza qeyd edib ki, bu tip verilişlərin auditoriyası daha genişdir:
“Təbii ki, xalqın mədəni səviyyəsi aşağı deyil. Xalqın içində səviyyəli insanlar da var. Sadəcə, onlara işləyən verilişlər daha az populyar olurlar. Necə ki, bazarda keyfiyyətsiz mallar olur, bu da elədir. Biri var ekslüziv mal, biri də var saxta. Eksklüziv malın qiyməti baha, alıcısı da az olur. Bunu eynilə televiziya verilişlərinə də aid etmək olar. Düşük, səviyyəsiz verilişlərin auditoriyası geniş olur. Kimin üçünsə auditoriya genişliyi, kimin üçünsə də keyfiyyət əsas göstəricidir. Mənim üçün cəmi üç tamaşaçı da bəs edər. Baxır necə tamaşaçı olsun. Burada keyfiyyət və səviyyəli tamaşaçı daha mühümdür. Televiziya da bazardır, hər şeyin öz alıcısı var”.
Əsmətxanım
Telegram kanalımız