DYP-dən rayona getmək istəyən sürücülərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən rayona getmək istəyən sürücülərə xəbərdarlıq

Avto

06 Sentyabr 2025 12:01 1603


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.

Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir. Toyuqlu pizza

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!