DYP-dən sürücülərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Avto

19 Mart 2023 15:17 5009


Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

İdarədən “Yeni Sabah”a daxil olan təbrikdə deyilir:

“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə sizi təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzu edirik! pizza hut

Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi tövsiylərimizi unutmamağınızı xahiş edirik.

Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhvali-ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə bigənə olmayın!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!