DYP-dən sürücülərə XƏBƏRDARLIQ! - Video

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən sürücülərə XƏBƏRDARLIQ! - Video

Avto

30 İyul 2021 08:35 12689


Avtomobilin arxa şüşəsində yazı olan sürücülərin hərəkəti dayandırılacaq.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev deyib. Onun sözlərinə görə, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud foto vurma halları müşahidə olunur. Bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.

Sürücülərin çoxu avtomobilin arxa şüşəsinə bu cür yazıların vurulması hallarına əsasən gənc həmkarları tərəfindən üstünlük verildiyini deyirlər.Bəziləri hətta elə ifadələr yazırlar ki, bu da arxadan gələn sürücülərə xoş gəlmir. pizza mizza

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!