DYP-dən taksi sürücülərinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

DYP-dən taksi sürücülərinə xəbərdarlıq

Sosial

20 Aprel 2019 18:11 853


Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Bu barədə "Yeni Sabah"a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradələrindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır.

“Eyni zamanda, təcrübə göstərir ki, tütündən istifadə əksər hallarda sürücünün diqqətinin yayınmasına gətirib çıxarır ki, bu da son nəticədə yol-hərəkəti qaydalarının pozulmasına, qəzaların, hətta avtomobildə yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər”.   Toyuqlu pizza

Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərli təsirləri barədə məlumat verməklə yanaşı, taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, qanunvericiliyin tələbinə əsasən, taksi minik avtomobilində tütün çəkilməsinə görə - qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur.

“Odur ki, tütündən istifadə etməklə ailə büdcənizə, ən başlıcası isə özünüzün və  başqalarının səhhətinə zərər vurmayın!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!