DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

saytların hazırlanması

Evə çatdırılma

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Sosial

04 Fevral 2026 09:02 340


Hazırda əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. 

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır. Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. pizza sifarişi

“Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.

Bir daha bütün yol hərəkəti iştirakçılarını  diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir”, - DYP-dən bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!