DYP yeni tədris ilinin başlanması ilə bağlı müraciət yaydı

saytların hazırlanması

Evə çatdırılma

DYP yeni tədris ilinin başlanması ilə bağlı müraciət yaydı

Sosial

14 Sentyabr 2024 10:00 364


Bakı Şəhər DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

"Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq. pizza

Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!