“Əbülfəs Qarayev bizim sevimlimizdir” -   Brilliant nazirin müdafiəsinə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

“Əbülfəs Qarayev bizim sevimlimizdir” - Brilliant nazirin müdafiəsinə qalxdı

Mədəniyyət

12 May 2020 15:44 3230


Daha bir Xalq artisti Mədəniyyət naziri Əbülfəs Qarayevi müdafiə edib. 

Belə ki, ötən gün Yenisabah.az saytına açıqlama verən xalq artisti Flora Kərimova Mədəniyyət nazirini açıq mətnlə müdafiə etmişdi. Bu gün isə Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə Ə.Qarayevin müdafiəsinə qalxıb. 

Flora Kərimovaya təşəkkür edən B.Dadaşova  hökumətin Ə.Qarayevi qoruyacağına inandığını yazıb: Dördpendirli pizza

"Flora xanım, çox sağ olun. Siz hər gördüyünü anlamadan fikir bildirən insanları maarifləndirdiniz.  Mən inanıram ki, hökumətimiz  Əbülfəs Qarayevi qoruyacaq. Allahin köməkliyi ilə haqq, ədalət tezliklə öz yerini tapacaq. Ə.Qarayev bizim xalqımız və mədəni irsimiz üçün dahi bəstəkar Qara Qarayevin yadigarıdır. O, bizim sevimlimizdir”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!