Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşlarla görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşlarla görüşüb

Rəsmi

11 Mart 2019 17:07 1348


Nazir Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşlarla görüşüb.

“Yeni Sabah” xəbər verir ki, prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. 

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda keçirilib. Qəbulda Beyləqan, Cəbrayıl, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Dominos pizza

Beyləqandan qəbula yazılmış sakinlər rayon Tarix-diyarşünaslıq muzeyinin açıq səma altında olan eksponatlarının bərpası, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” xalq teatrının heyəti üçün ustad dərslərinin keçirilməsi, teatra səhnə dekorasiyasının, səhnə geyimlərinin verilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Cəbrayıl rayonu sakinlərinin müraciətləri Cocuq Mərcanlı kənd klubunun səsgücləndirici və səsyayıcı avadanlıqlarla təchizatı, kənddə multimedia informasiya mərkəzinin yaradılması, cəbhə bölgəsində işləyən işçilərə əlavə imtiyazların verilməsi barədə olub.

Füzuli rayonundan olan vətəndaşlar istedadlı gənc rəssam Ceyhun Ənvərzadənin rəsm əsərlərinin respublikamızda və xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş olunması, ümummilli lider Heydər Əliyevin 1976 və 1982-ci illərdə Füzuli rayonuna səfərləri ilə bağlı çəkiliş lentlərinin əldə olunmasına köməklik göstərilməsi və digər məsələlər barədə xahişlərini bildiriblər.

İmişli rayonundan qəbula gələn sakinlər rayondakı Rəsm qalereyasında ekspozisiyanın yenilənməsi və sərgilənən əsərlərin mübadilə edilməsi, Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, rayon Tarix-diyarşünaslıq muzeyində ekspozisiya işlərinin görülməsinə köməklik göstərilməsi barədə müraciət ediblər.

Xocavənd rayonundan olan vətəndaşlar Nərgiztəpə abidəsinin bərpa olunması barədə təkliflərini diqqətə çatdırıblar.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!