Əbülfəs Qarayev müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayev müşavirə keçirdi

Sosial

30 Yanvar 2019 21:52 951


Bu gün nazir Əbülfəs Qarayevin sədrliyi ilə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş geniş müşavirə keçirildib. 

"Yeni Sabah" xəbər verir ki, tədbirdə nazirliyin struktur bölmələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı şəhəri və regional mədəniyyət idarələrinin, muzey və mərkəzi kitabxanaların rəhbərləri iştirak edib. 

Müşavirədə çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafını təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib. Sezar pizza

Vurğulayıb ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Əbülfəs Qarayev sonda mədəniyyət sahəsində islahatların uğurla həyata keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!