“Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm” 

saytların hazırlanması

Evə çatdırılma

“Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm” 

Yazar

18 Sentyabr 2020 14:37 3104


“Yeni komanda ilə formalaşan Mədəniyyət Nazirliyi iki gündür fəxri adlarla əlləşir. Xüsusi komissiya olacaq, şəffaflıq olacaq. Olmasın, qardaş! Məhz gic-gic adamlara verin ki, gözdən düşsün və sıradan çıxsın. Mədəniyyətimizin ən vacib problemi fəxri adların obyektiv verilməsi deyil axı”.

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Şərif Ağayar deyib. O, bildirib ki, bu sahədə islahata ehtiyac var:

“Bəlkə, bizə həqiqi fəxarət gətirəcək işlərin həyata keçməsi üçün islahatlar aparaq, müstəqil kino və teatr sektorunun inkişafına kömək edək, iflic vəziyyətdə olan nəşriyyat və kitab industriyasını ölməyə qoymayaq, gənc sənət adamlarının xaricdə təhsilinə diqqət edək və siar və sair. Dördpendirli pizza

Mədəniyyətimizi həqiqi sevən adamlar üçün fəxri adların verilməsi heç 40-cı problem də deyil.

Ada-şöhrətə görə "Domsovet"in koridorlarında sülənən sənət adamlarına fəxri ad yox, töhmət vermək lazımdır.

Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!