Türkiyədə xüsusi əməliyyatla saxlanılan şübhəlilərin əcnəbi qadınları işə düzəltmək vədi ilə ölkəyə gətirərək fahişəliyə məcbur etməsi aşkarlanıb.
Yenisabah.az xəbər verir ki, mütəşəkkil dəstə fahişəliyə cəlb etdikləri hamilə qadınların körpələrini saldırıb və döllərini şəxsi qəbirlərdə basdırıblar.
Əməliyyat İstanbulda həyata keçirilib. Dəstə fahişəlikdən başqa narkotik satışında da ittiham olunur. Dördpendirli pizza
İddiaya görə, cinayətkar qrupun "fahişəlik şöbəsi"nə Mehmet E., "narkotik şöbəsi"ni isə Aykut rəhbərlik edib. Polisin 6 ay əvvəl başlatdığı araşdırmada hər iki şəxs və 9 dəstə üzvü əməliyyatla yaxalanıblar.
Şübhəlilər əcnəbi qadınları müştəri tapmaq üçün “TikTok”da zorla erotik rəqslərə də vadar edib.
Telegram kanalımız