Xəbər verdiyimiz kimi “Qarabağ” islandiyalı qapıçısı Hannes Halldorsonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
“Yeni Sabah” məsələ ilə bağlı idman jurnalisti Ceyhun Əliyevin münasibətini öyrənib. O açıqlamasında Hannes Halldorsonun rəqabətdə “Qarabağ”ın digər qapıçılarına uduzduğunu və gedişinin gözlənilən olduğunu deyib:
“Hələ qışdan Hannesin gedişi gözlənilən idi. Qeyri-sabit çıxışı ilə seçilən islandiyalı əlcək sahibi tək Vaqner da Silvaya yox, Şahruddin Məhəmmədəliyevə də rəqabətdə uduzurdu. Belədə, 35 yaşlı əcnəbi veteranı saxlamağa heç bir lüzum yox idi. Görünən budur ki, Hallderssona hələ qış fasiləsində özünə yeni komanda tapmaq tövsiyə edilmişdi. Sadəcə, skandinaviyalı qolkiper yəqin, hələ indi yeni variant tapıb”. Dördpendirli pizza
C. Əliyev qapıçının gedişinin Vaqner da Silvanın oyununa da müsbət təsir göstərəcəyini söyləyib:
“Hesab edirəm ki, onun gedişi hər iki tərəfə faydalı oldu. Bu yaşda ehtiyatda oturmağı heç kim istəmir. Üstəlik, milli komandanın əsas üzvü. Azərbaycan çempionuna dair pozitiv məqama gəlincə, bu ayrılıq Vaqner da Silvaya da bir rahatlıq gətirər. İndi braziliyalı qolkiper çərçivədə özünü daha rahat hiss edəcək və daha effektiv olacaq”.
Naibə Məmmədova
Telegram kanalımız