“Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum”

saytların hazırlanması

Evə çatdırılma

“Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum”

Şou

22 İyul 2025 22:26 607


"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə, məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pul qoyurdu. Söhbət efirdən getmir. Sözün düzü mən də pulu götürürdüm. Yeganə adamdır ki, Ədalət Şükürovdan götürmüşəm".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Həmin Zaur" verilişində deyib.

O bildirib ki, Ədalətdən pul götürdüyü üçün özünü pis hiss edib: Toyuqlu pizza

"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir? Yəqin elə bilir ki, kasıbam, çox pis vəziyyətdəyəm. Bir gün hardasa oturmuşduq. Ədalət məni yanına çağırdı. Əlini də cibinə salmışdı. Dedim ki, çox xahiş edirəm, mənə daha pul verməyin. Soruşdu ki, niyə?. Cavab verdim ki, özümü çox pis, diskomofort hiss edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!