Ədalət Şükürovdan etiraf: Fanatı buna görə ona nifrət edib -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ədalət Şükürovdan etiraf: Fanatı buna görə ona nifrət edib - VİDEO

Şou

31 Mart 2026 17:17 411


Əməkdar artist Ədalət Şükürov illər əvvəl yaşadığı maraqlı bir hadisəni efirdə xatırlayıb.

"Yeni Sabah" xəbər verir ki, vaxtilə onunla şəkil çəkdirə bilməyən bir gənc bu incikliyi uzun illər boyu unutmayıbmış.

Sənətçi “Mədəni şou” proqramında danışıb ki, məclislərin birində 20 yaşlı bir oğlan ona yaxınlaşaraq uşaqlıqdan qalan narazılığını dilə gətirib. Gəncin sözlərinə görə, o, 8 yaşında olarkən Şükürovla foto çəkdirmək istəsə də, bu mümkün olmayıb və həmin gündən müğənniyə qarşı mənfi münasibəti formalaşıb. pizza sifarişi

"İzah edə bilmədim ki, xoşlamıram uşaqlar səhnəyə qalxsın. Orada olmaq uşaq üçün təhlükəlidir: səs, tüstü. Qulağı dağıdar. Valideynə bunu başa salmaq çətindir" - deyə müğənni qeyd edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!