“Ədalətli insan nələrin olduğunu yaxşı görə bilərdi” – “Zirə”nin futbolçusu

“Ədalətli insan nələrin olduğunu yaxşı görə bilərdi” – “Zirə”nin futbolçusu

İdman Saytların hazırlanması

24 Aprel 2019 20:30 901


“Qol epizodlarımız elə də çox olmadı. Rəqib buna imkan vermirdi, yaxşı qapanırdılar. Əzmkar komandaya qarşı oynadıq”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la (0:0) ilk oyunu haqında danışarkən deyib.

Futbolçu "Sumqayıt”la bütün səfər oyunlarının çətin olduğunu vurğulayıb və 2-ci oyuna yaxşı hazırlaşacaqlarını bildirib:

“Bizim “Sumqayıt”la səfər oyunlarımız həmişə çətin olur. Yenə də ağır matç keçdi. Fürsətlərdən də yararlana bilmədik. Hakimlik haqqında isə danışmaq istəmirəm. Ədalətlə baxan insan meydanda nələrin olduğunu yaxşı görə bilərdi. Çalışacağıq ki, ikinci oyunumuzda daha yaxşı nəticə əldə edib finala vəsiqə qazanaq”.

B.Həsənalızadə eyni zamanda kubok oyununda hansısa komandanı favorit olaraq görmədiyini söyləyib:

“Demək olar ki, “Sumqayıt”la şanslar 50-50-yədir. Elə bir hesabdır ki, hər şey ola bilər. Ümumiyyətlə, kubok matçında məncə, favorit yoxdur. “Qəbələ” – “Qarabağ” oyunu da bunu göstərdi”.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!