Ədəbiyyat üzrə Nobel mükafatçısı öldü

saytların hazırlanması

Evə çatdırılma

Ədəbiyyat üzrə Nobel mükafatçısı öldü

Mədəniyyət

14 Aprel 2025 13:37 861


Perulu yazıçı, ədəbiyyat üzrə 2010-cu il Nobel mükafatı laureatı Mario Varqas Llosa 89 yaşında vətənində vəfat edib.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, o, Bazar günü Perunun paytaxtı Limada ailəsinin əhatəsində dünyasını dəyişib.

Gələcək Nobel mükafatı laureatı 15 yaşında yerli qəzetdə müxbir kimi yarımştat işləyib. Dördpendirli pizza

Onun 1963-cü ildə nəşr olunan "Şəhər və İtlər" adlı ilk romanı kult klassikası olub. “Keçi bayramı” romanı da yazıçıya şöhrət gətirib.

1990-cı ildə Varqas Llosa Peru prezidentliyinə namizəd, lakin rəqibi Alberto Fuximoriyə məğlub olub.

Stokholmdakı Nobel Komitəsi yazıçının “güc strukturlarının kartoqrafiyasına və müqaviməti, üsyanı və fərdin süqutunu dəqiq təsvirinə” görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyünü qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!