Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

Siyasət

28 Fevral 2022 20:19 855


Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 2-də Füzuli rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yenisabah.az xəbər verir ki, vətəndaşlar qəbula Qarabağ və İmişli regional ədliyyə idarələri (əlaqə telefonları: (055) 326-36-37 və (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (077) 306-93-09 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!