Ədliyyə naziri vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Sosial

12 Fevral 2019 20:50 778


Ədliyyə naziri Fikrət Məmmədov  fevralın 15-də Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, Xaçmaz regional ədliyyə idarəsində (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti,bina 17) keçiriləcək qəbulda Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (əlaqə telefonu: (02332) 5-18-88, 055 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər. pizza

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!