Ədliyyə sahəsində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Ədliyyə sahəsində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb

Kriminal

04 Mart 2019 19:24 1001


Ədliyyə Nazirliyində Probasiya xidməti yaradılmaqla cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, qısa müddətdə bu sahədə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək digər dövlətlər tərəfindən yerində öyrənilir, probasiya fəaliyyətinin ictimai əhəmiyyəti nəzərə alınaraq geniş təqdimatlar keçirilir.Ölkəmizdə fəaliyyət göstərən qərb dövlətlərinin diplomatik korpusunun nümayəndələri bu sahədə təcrübəmizlə tanış olmaq barədə niyyətlərini bildirərək nazirliyin Probasiya xidmətinə baş çəkiblər.

Keçirilmiş görüşdə dövlət başçısının Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi, bu sahədə probasiya xidmətinin elektron monitorinq fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, həmin cəzaların icrasında xarici təcrübə qısa müddətdə öyrənilib, bir çox müxtəlif modellər sınaqdan keçirilib, elektron nəzarət vasitələrinin məhz yerli istehsalı təşkil olunub.  Pepperoni pizza

Məhkəmələr tərəfindən alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, bir ildən az müddətdə artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq olunub. 

Tədbirdə həmçinin, qonaqlara ədliyyə sahəsində tətbiq olunan digər innovasiyalar və rəqəmsal texnologiyalar barədə məlumat verilib, notariat hərəkətlərinin asan və çevik aparılması, əhalinin məmnunluğunun təmin olunması üçün məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair mobil telefona yüklənən proqram təminatı nümayiş etdirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!