Gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət olunur.
“Yeni Sabah” xəbər verir ki, gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 5 ildə şəffaf seçimlər əsasında 2000-dən çox gənc hüquqşünas qulluğa qəbul olunub, onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu məsul vəzifələrə irəli çəkilib.
Könüllülük institutunun təşviqi gənclərdə ədliyyə fəaliyyəti ilə tanışlıq, bu sahələrdə işləməyə həvəsin artırılması, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, məşğulluğunun təmin olunmasına şəraitin yaradılması, eləcə də kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyır. pizza hut
Hazırda bu sahədə fəaliyyətin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün gənclərə bilavasitə Nazirliyə müraciət etmək imkanı yaradılır. Bununla əlaqədar hüquqşünaslıq və informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət edilir.
Müraciətləri hr@justice.gov.az elektron ünvanı vasitəsilə və ya Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etmək mümkündür.
Əlavə məlumatları Nazirliyin internet səhifəsindən (www.justice.gov.az) və (012) 537-05-90, 537-04-87 nömrəli telefonlar vasitəsilə almaq olar.
Telegram kanalımız