ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər?

saytların hazırlanması

Evə çatdırılma

ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər?

İqtisadiyyat

23 Dekabr 2025 11:06 978


Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin qeydiyyat limitinin 200 min manatdan 400 min manatadək artırılması nəzərdə tutulur.

Belə ki, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Qeyd edək ki, əlavə dəyər vergisi satılan məhsul və xidmətin üzərinə əlavə olunmaqla istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan ƏDV ilə bağlı limitin artırılması bir çox sahibkarlıq subyektini bu verginin əhatə dairəsindən çıxmasına, məhsul və xidmətlərin satışına əlavə dəyər vergisini tətbiq etməməyə gətirib çıxaracaq. Dördpendirli pizza

Maraqlıdır, bəs qeyd edilən məqam qiymətlərin enməsinə səbəb ola bilər? Deputat Vüqar Bayramov bildirib ki, vergi yükünün azalması sahibkarların xərclərinə birbaşa təsir göstərəcək:

"Vergi dərəcəsinin azalması sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq. Xərclərin azalması isə məhsul və xidmətlərin daha ucuz qiymətə təklif olunması üçün zəmin yarada bilər. Lakin qiymətlərin enib-enməməsi sahibkarların qərarlarından asılı olacaq".

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, məhsul və xidmətlərə əlavə dəyər vergisinin tətbiq olunmaması qiymətlərin enməsinə səbəb olmayacaq:

"Bu tip vergi güzəştləri qiymətlərin kəskin aşağı düşməsinə ciddi təsir göstərməyəcək. Amma qiymətlərin sabit saxlanılmasına və gələcək aylarda zəruri artım meyllərinin azalmasına dəstək ola bilər".

Ekspertin fikrincə, yenilik daha çox nağdsız ödənişlərin artmasına gətirib çıxaracaq. Bu da dövriyyələrin şəffaflaşmasına, iqtisadiyyatın ağardılmasına xidmət edəcək.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülşən
    Salam artıq dərəcədə xahiş edirəm ki, ƏDVlər azlmasın hər şey bahalaşıb niyə ədv yensin ki? Kasıblarıda nəzərə alın.
    5 months ago