“Efir qadağası düzgün qərar deyil” - Baloğlan Əşrəfov

saytların hazırlanması

Evə çatdırılma

“Efir qadağası düzgün qərar deyil” - Baloğlan Əşrəfov

Şou

08 Aprel 2019 17:20 1824


Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.

Buna səbəb isə Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa edərkən musiqi parçasını əxlaqsız sözlərlə təhrif etməsi olub. Məsələ ilə bağlı “Yeni Sabah” Rüfət Axundovun sənət yoldaşı, Əməkdar artist Baloğlan Əşrəfovun fikirlərini öyrənib.

B.Əşrəfov müğənninin belə şey etdiyinə inanmadığını deyib: Toyuqlu pizza

“Mənim Rüfət Axundova böyük hörmətim və simpatiyam var. İnanmıram ki, Rüfət elə bir şey edər. Elə müğənnilər var ki, harda gəldi şit zarafat edir. Amma Rüfətdən belə şey görməmişəm. Belə bir hadisədən sonra müğənniyə efir qadağası qoymaq düzgün qərar deyil. Elə insanlar ki, hər şeyə bu formada yanaşırlar. Elə bil ki, dünyanın axırıdır. Müəyyən bir cəza ola bilərdi, amma efir qadağası uyğun qərar deyil”.

Qeyd edək ki, MTRŞ-nın apardığı monitorinq nəticəsindən məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!