Efirdə daha biabırçı söyüşlər olubmuş – Orijinal video yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Efirdə daha biabırçı söyüşlər olubmuş – Orijinal video yayıldı

Rəqəmsal

08 Aprel 2019 18:11 12849


Bir neçə gün əvvəl Speys TV-də Rüfət Axundov və həmkarı Rəşad İlyasovun qonaq olduğu “Hər səhər” verilişində R.Axundovun söyüş söyməsini əks etdirən videonun orijinal variantı yayılıb.

“Yeni Sabah” xəbər verir ki, müğənni R.Axundov öz şəxsi “İnstaqram” səhifəsində bnunu həqiqət olmadığının və kimsənin qərəzli addımı kimi qiymətləndirmişdi: “Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mən mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Amma təqdim olunan original variantda daha biabırçı ifadələrin yer aldığı məlum olub. Videoda açıq-aydın görünür ki, müğənni Rüfət Axundov və aparıcı Anar Vaqifoğlu qeyri-etik ifadələrlə mahnının sözlərini təhrif edib. pizza

Qeyd edek ki, bu gün də həmin verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməmkdar artist Çingiz Əhmədov aparıb.

İzləyicilərimizdən üzr istəyərək həmin videonu yayırıq. Öncədən xəbərdarlıq edirik ki, azyaşlıların izləməsi tövsiyə olunmur: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!