Əflatun Amaşov Bulvarla bağlı jurnalist təşkilatlarına səsləndi

saytların hazırlanması

Evə çatdırılma

Əflatun Amaşov Bulvarla bağlı jurnalist təşkilatlarına səsləndi

Yazar

28 Mart 2023 15:53 13895


“Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əflatun Amaşov Dənizkənarı Bulvar İdarəsinin televiziya kanallarının Bulvarda çəkiliş aparılmasına icazə verməməsi, mühafizəçilərin çəkilişə maneə olmasından danışıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, onun nfikrincə, jurnalist ictimaiyyəti, jurnalist təşkilatları öz fikirlərini bildirməlidirlər:

“Bulvarda dövlət əhəmiyyətli, dövlət sirri ilə bağlı müəyyən obyektlər varsa, həmin obyektlərin görüntülərinin çəkilməsinə, onun fonunda müsahibə verilməsinə dair qanunvericiliyə uyğun qaydada jurnalistlər müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər. Belə hal yoxdursa, jurnalist istənilən yerdə istənilən zaman müsahibindən müsahibə götürə bilər. Dördpendirli pizza

Maneə törədilirsə, bunun üçün çıxış yolu var. Bildiyimiz kimi, qanunvericilikyə müəyyən yeniliklər edildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, jurnalist informasiya alarkən onun fəaliyyətinin məhdudlaşdırılması halında, əlbəttə, qarşı tərəf məsuliyyət daşıyır. Belə məqamda media təmsilçisi öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!