Əflatun Amaşov hiddətləndi: “Buna nə deyəsən, nə ad verəsən!”

saytların hazırlanması

Evə çatdırılma

Əflatun Amaşov hiddətləndi: “Buna nə deyəsən, nə ad verəsən!”

Siyasət

14 Avqust 2022 13:28 3756


“Buna nə deyəsən, nə ad verəsən! Söhbət Milli Məclisin deputatı Sevinc Fətəliyevanın adından onun dilə gətirmədiyi, yazmadığı fikirlərin yayılmasından gedir. Həqiqətən dəhşətdir, qorxuncdur, əsl mənəvi terrordur”.

“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, bildirib ki, sanki kimlərsə oturub insanlarımızın əsəbləri ilə oynamaqla, cəmiyyətdə nüfuza və statusa malik şəxsləri insanların gözündən salmaqla məşğuldur:

“Hadisəyə başqa ad tapa bilmirəm. Çünki edilən hərəkət yalanın son dərəcə incə şəkildə düşünüldüyündən xəbər verir.  Dördpendirli pizza

Hesab edirəm ki, bu “əməlin” hədəfi yalnız Sevinc xanım deyil. Onun başına gələn hər birimizin başına gələ bilərdi. Məqsəd Azərbaycan adlı ölkədə ümumən deputat, məmur, bu və ya digər dərəcədə məsul vəzifə tutan şəxləri toplumun gözündən salmaq, onlara qarşı total antipatiya yaratmaqdır. 

Ən pisi isə odur ki, indiki durumda bu sayaq yalanlardan, qeyd etdiyim kimi, mənəvi terrordan heç birimiz, heç bir cəmiyyət üzvü, ictimai şəxs sığortalanmayıb. Ona görə də əlaqədar qurumlar dərhal hərəkətə keçərək aşkar cinayət əməlini həyata keçirənlərin dərhal cəzalandırılmasını təmin etməlidirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!