Əfqan Sadıqov tutuldu, Azərbaycana gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Əfqan Sadıqov tutuldu, Azərbaycana gətirilir

Kriminal

05 Aprel 2026 10:14 1550


Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

“Yeni Sabah” APA-ya istinadla bildirir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, ona qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb. Dördpendirli pizza

Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.

DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə inzibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.

Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!