Əfqanıstan müharibəsi iştirakçısı medalla təltif olunub

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstan müharibəsi iştirakçısı medalla təltif olunub

Sosial

15 Fevral 2019 22:43 1406


Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.

“Yeni Sabah” xəbər verir ki, Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.

Bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində layiq görülən Əfrahim Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları, eləcə də SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. Pepperoni pizza

Qeyd edək ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib.

Azərbaycanlı döyüşçü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!