Əfqanıstanda parlament ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda parlament ləğv olundu

Dünya

17 May 2022 16:39 628


Əfqanıstanın müvəqqəti hökuməti bir sıra qurumların, o cümlədən parlamenti (Milli Məclis), Milli barışıq üzrə Ali Şura və Milli Təhlükəsizlik Şurasını ləğv edib.

Yenisabah.az “Khaama Press”ə istinadla xəbər verir ki, belə bir qərar “Taliban” hərəkatının lideri Haybətullah Axundzadənin əmri ilə qəbul edilib. Sənədi Əfqanıstanın baş naziri Məhəmməd Həsən Axund imzalayıb.

Ləğv edilmiş qurumlar arasında Konstitusiyaya əməl olunmasına nəzarət edən komissiya və parlament palatalarının katiblikləri də göstərilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!