Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng etdi

Siyasət

14 May 2021 15:31 1302


Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Yenisabah.az-a məlumat verilib.

Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq arzularını çatdırmışdır. pizza mizza

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirmiş və öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulamışdır.

Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür etmişdir. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə etmişdir.

Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik bildirilmişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!