Əfsanəvi kəşfiyyatçı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əfsanəvi kəşfiyyatçı vəfat etdi

Maraqlı

11 Avqust 2020 12:55 3075


Qarabağ qazisi Niyaz Ələsgərov vəfat edib. Mərhum dünən axşam 45 yaşında dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, Niyaz Ələsgərov peşəkar hərbçi olub. O, 1997-ci ildə cəbhənin Tərtər istiqamətində xidmətə başlayıb. Elə həmin il düşmənlə qeyri-bərabər döyüşdə ayağından və budundan ağır yaralanıb. Buna baxmayaraq, düşmən geri oturdulana kimi döyüş meydanını tərk etməyib.

Niyaz Ələsgərov kəşfiyyatçı olub. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. pizza

Mərhum doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində bu gün torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!