Əfv həftəsi başladı...

saytların hazırlanması

Evə çatdırılma

Əfv həftəsi başladı...

Xalqın səsi

10 Mart 2019 14:56 1348


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb.

Komissiyadan  verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırdır.

Məlumata görə, qarşıdakı həftə ərzində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Məlum olduğu kimi, əfv sərəncamnın verilməsi ölkə rəhbərinin konstitusion hüququdur. Toyuqlu pizza

Əfv sərəncamının 13 mart-17 mart tarixlərində imzalanacığının gözlənildiyi vurğulanır. 

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum  cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!