“Əgər aktyor səviyyəlidirsə...“   – İlham Namiq Kamal

saytların hazırlanması

Evə çatdırılma

“Əgər aktyor səviyyəlidirsə...“ – İlham Namiq Kamal

Mədəniyyət

21 Aprel 2020 14:11 1965


Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda karantin rejimi tətbiq olunub. Yenisabah.az karantin müddətində evdə olan yaradıcı adamların vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Budəfəki qonağımız Xalq artisti İlham Namiq Kamaldır. 

- İlham müəllim, karantin günlərini necə keçirirsiniz? Həmkarlarınız darıxdıqlarını deyirlər. Yəqin ki, sizin üçün də asan deyil...

- Darıxsaq da, darıxmasaq da, nəsə edə bilmərik. Bilirsiniz ki, bu ölkə əhəmiyyətli bir tədbirdir. Mən də ailəmlə birlikdə Şamaxıda bağımızda məskunlaşmışam. Burada hər cür şərait var. İşıq, internet, kompüter. kitablar var. Təbiətin gözəlliyi adamı valeh edir. Ona görə evdəyəm, mütaliə edirəm, müsahibələr verirəm, xəbərləri izləyirəm. Bir sözlə, həyat davam edir, vaxt maraqlı keçir. Pepperoni pizza

- Karantin müddətində davam edən canlı proqramlara dəvət alırsınız? 

- Demək olar ki, iki gündən bir Azərbaycan telekanalları ilə “Skype” vasitəsilə əlaqə yaradıb, danışıram. Evdə darıxmıram. Bilirəm ki, müvəqqəti çətinlikdir. Həyat tezliklə öz axarına düşəcək.

- Bəs dost-tanışla get-gəliniz varmı? Qohumlar üçün darıxırmırsınız? 

- Yox, get-gəl yoxdur, ancaq öz ailəm, övladlarım, bir də mənəm. Qohum-əqraba da öz evində oturub. Həm də bağdayıq axı. İstəsələr də gələ bilməzlər axı, rayonlara giriş-çıxışı, yolları bağlayıblar. Hər adam evdən istədiyi vaxt çıxa bilməz, heç çıxmaqları da məsləhət deyil.

 – Son illər bir çox yaşlı sənətkarlarımız “ögey münasibət”dən gileylənirlər. Xüsusilə də müəyyən yaşdan sonra aktyorların işdən çıxarılması narazılıq doğurur. Sizcə, sənət adamlarına qarşı bu münasibət nə ilə bağlıdır?

- Aktyorlara qarşı belə manasibət olduğunu düşünmürəm. Əgər aktyor səviyyəlidirsə, cavan yaşda ona Prezident təqaüdü də verilir. Məsələn, mənim şəxsən tanıdığım yaşlı aktyorların əksəriyyəti öz təqaüdləri ilə yanaşı, prezident təqaüdü də alırlar. 

- Bəzi aktyorlar məvacibin azlığından, yaşlarına görə filmlərə, seriallara dəvət ala bilməməkdən şikayətlənirlər. Ötən həftə Allahverdi Yolçuyev bunu açıq şəkildə dilə gətirmişdi…

- Vallah, mən hamının yerinə danışa bilmərəm, ancaq öz adımdan danışa bilərəm. Mənim belə bir problemim yoxdur. Tamaşalarda da iştirak edirəm, televiziyalara da gedib çəkilişlərə də qatılıram. Allah eləsin, Allahverdi Yolçuyev üçün də bunlar olsun, onu da dəvət etsinlər.

 - İlham müəllim, bu gün yerli filmlər, seriallar tez-tez tənqid olunur. Azərbaycanda bu sahənin səviyyəsindən bir aktyor kimi razısınızmı? 

- Yerli film, serial istehsalı özəl sahədir, hərəsinin də özünün sponsoru var. Həmin sponsorun köməkliyi ilə də film və seriallar çəkilir. Qoy çəkilsin, burda pis heç nə yoxdur. Bilirsiniz, çəkildikcə onlar peşəkarlığa yiyələnəcəklər. Çatışan-çatışmayan cəhətlər hər sahədə olur. İş olan yerdə çatışmazlıqlar da olur. Təki iş getsin, əsas olan budur. Təki yaradıcı proses inkişaf etsin.

Əsmətxanım

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!