“Əgər bir adam öz kitabını əlində satırsa...” - Əylislidən maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Əgər bir adam öz kitabını əlində satırsa...” - Əylislidən maraqlı açıqlama

Yazar

13 Noyabr 2023 17:30 9877


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilir. 

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak etsə də, onlar arasında Əkrəm Əylislinin gözə dəyməməsi diqqətdən yayınmayıb. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı sərgidə iştirak etməməyinin səbəbinin səhhətindəki problemlər olduğunu bildirib:  pizza mizza

“Sərgidə iştirak üçün dəvət lazım deyil, getmək istəsəm gedərdim, amma səhhətimdə bir az problemlər var, ona görə də getməmişəm. 

Əgər bir adam öz kitabını əlində satırsa, bu, yəqin ki, onun ehtiyacından irəli gəlir. Bizdə bu gün kitab mağazaları çoxdur, hər kəs öz kitabını mağazalarda satdıra bilər, amma görünür, kimlərsə istəyir ki, kitabını özü satsın. Bəlkə də özü satanda daha çox qazanır. Bu, məncə əhəmiyyətsiz şeydir. Kim necə istəyirsə, o cür də yazdıqlarını sata bilər. Kitablar mağazalarda satılsa, daha yaxşı olar deyə düşünürəm”. 

Tez-tez gənclərin kitab oxumaması barədə səsləndirilən fikirlərə münasibət bilıdirən Ə.Əylisli qeyd edib ki, kitab oxumaq heç də cəmiyyətin inkişaf göstəricisi deyil: 

“İndiki dövrdə gənclərin daha az kitab oxuması təbiidir. Bu təkcə Azərbaycanda belə deyil. Mən Moskvada tələbə olmuşam, o dövrdə yadıma gəlir ki, hər kəsin əlində bir kitab olurdu. Amma indi inanmıram ki, metroya girəm və hər kəsin əlində kitab olsun. Ola bilər k, kimlərinsə əlində hansısa kitab olsun, amma kütləvi şəkildə hər kəs kitab oxumur. Bilirsiniz, mənə elə gəlir ki, kitab oxumaq inkişafın göstəricisi deyil. Biz bunu şişirtmişik. Bu, sovet dövründən qalma təbliğatdır, deyirdilər ki, oxumaq, oxumaq, yenə də oxumaq. Bu, həmin təbliğatın davamıdır. Mən Amerikada da olmuşam, orada kitab oxumaq dəbdə deyil. Söhbət 20 il əvvəldən gedir. Orada bir çox tanınmış yazıçıları soruşurdum, amma amerikalı ziyalılar belə onları tanımırdı. Bizdə dəbə düşmüş bir ifadə var: dünya şöhrətli yazıçı. Lakin Amerikada çox məşhur yazıçıların belə adlarını eşitməmişdilər. Mən bir neçə yerdə Çingiz Aytmatovu soruşdum, 10 adamdan 1-i də onun adını eşitməmişdi, tanımırdı. 

Dünya şöhrətli ifadəsi həddən çox şişirdilmiş, əhəmiyyətsiz təbliğat vasitəsidir və reallıq deyil. Dünya şöhrətli yazıçı Tolstoydur. Rusiya kimi ölkədən bəlkə də 10-dan artıq dünya şöhrətli yazıçı çıxmayıb. Onların adını hər yerdə əzbər bilirlər. 

Nəhəng yazıçıların imzaları onsuz da tanınır. Bu gün bizdə bu bir növ xəstəliyə çevrilib, yerindən duran dünya şöhrətli yazıçı olmaq istəyir. Biz sovet dağılandan sonra hələ də oturuşmamışıq, nə mədəniyyət, nə ədəbiyyat, nə də əxlaq oturuşub”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!